Azərbaycanın qaz ehtiyatlarının 4%-i itkiyə gedib

0
607

2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə 16,5 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 81,8%-i hasilatın, 10,4%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 7,8%-i isə idxalın hesabına formalaşıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ehtiyatların 44,3%-i ölkə daxilində istehlak edilib, 37,7%-i ixrac olunub, 3,6%-i itkiyə gedib, 14,4%-i isə oktyabr ayının əvvəlinə ehtiyat kimi qalıb.

 

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 mlrd. 544,6 mln. kVt saat elektrik və 169,1 min Qkalori istilik enerjisindən, 106,2 mln. kubmetr təbii qazdan istifadə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 10,3%, istilik enerjisindən 30,9%, təbii qazdan 11,7% çox istifadə edilib.

BIR CAVAB BURAXIN