Dərbənddə Azərbaycan türklərinə qarşı görünməmiş diskriminasiya – Şok faktlar

0
608

Beynəlxalq Diaspor Mərkəzi İdarə Heyətinin iclası keçirilib.

İclasda BDM-ə Dərbənddən ünvanlanan müraciət müzakirə olunub. Dərbənddəki son durumla bağlı BDM-in açıqlaması:

Dərbənd azərbaycanlılarından Beynəlxalq Diaspor Mərkəzinə (BDM) müraciət daxil olub. Müraciətdə 20 ildən artıqdır ki, öz doğma ata-baba torpaqlarında yaşayan soydaşlarımıza qarşı müxtəlif yollarla təziq və sıxışdırılma siyasəti aparıldığı qeyd edilir. Dərbənd şəhərində anti-Azərbaycan siyasətinin son illər daha da kəskinləşdiyi və prosesin belə getdiyi halda yaxın illərdə azərbaycanlıların öz doğma şəhərlərində yaşamaq imkanları belə ciddi təhlükə altına düşəcək.

Müraciətdə qeyd olunur ki, azərbaycanlıların Dərbənd şəhər rəhbərliyində təmsil olunmamaqdadırlar, hətta son dövrlər bir sıra kiçik vəzifələrdə işləyən azərbaycanlılar da vəzifələrindən kənarlaşdırılıblar. Onların yerinə ləzgi millətindən olan nümayəndələr vəzifələrə gətirilir. Hansı ki, həmi şəxslər əslən dərbəndli belə deyillər və onları bu şəhərlə bağlayan heç bir səbəb yoxdur.

Müraciətdə qeyd olunur ki, Dərbənddə anti-Azərbaycan siyasəti geniş vüsət almış, azərbaycanlıların milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsi məhdudlaşdırılmaqda və hətta son zamanlar Azərbaycan dəyərləri təhqir olunmaqdadır. Dərbənd şəhərində Nizami parkının bərbad vəziyyətdə olması, Azərbaycan teatr binasının göz görə-görə dağıdılması, azərbaycanlıların kompakt yaşadığı qədim məhəllələrdə infrastruktur və sosial problemlərin həll edilməməsi Dərbənd şəhər rəhbərliyinin və federal rəhbərliyin soydaşlarımıza qarşı münasibətin bariz nümunəsidir. Şəhərin maliyyə strukturu, mədəniyyət, təhsil, tibb, torpaq və hətta gənclər siyasəti ilə bağlı şöbələri ləzgiləşdirilmiş, bu şöbələrdən azərbaycanlı kadrların çıxarılması ilə yanaşı Azərbaycan dilinə də qadağa qoyulmuş və işlək dil kimi ləzgi dili geniş vüsət almışdır. Azərbaycanlıların şəhər rəhbərliyinə, deputat korpusuna namizədliklərinin irəli sürülməsinə maneələr yaradılır və müxtəlif vasitələrlə namizədliklərinin geri götürülməsinə təziqlər edilir. Dəfələrlə federal rəhbərliyə çoxsaylı müraciətlərin edilməsinə baxmayaraq Dərbənddə anti-Azərbaycan siyasəti durdurulmaq əvəzinə gündən-günə daha da geniş vüsət alır.

Mərkəzimizə ünvanlanan müraciətdə həyəcan təbili çalınmaqdadır. Qeyd edək ki, Rusiya Federasiyasının qanunlarına əsasən Dərbənd şəhəri etnik Azərbaycan şəhəridir. Bu baxımdan şəhərin idarə edilməsi sistemində əvəllər olduğu kimi etnik Azərbaycanlılar üstünlük təşkil etməlidir. BDM olaraq Dərbənddəki son durumla bağlı ictimaiyyətimizi məlumatlandırmağı özümüzə borc bilməklə yanaşı, müvafiq dövlət strukturlarımızı, eyni zamanda Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarımızı soydaşlarımızın taleyinə biganə qalmamağa çağırırıq və öz ata-baba yurdunda yaşayan xalqımıza qarşı aparılan anti-milli siyasətin Rusiya federasiya rəhbərliyi tərəfindən təcili müdaxilə edilməsi üçün tədbirlər görülməsini tələb edirik.

BIR CAVAB BURAXIN