İsveçin məşhur ədəbiyyat mükafatını müsəlman aldı

0
650

İsveçin ən məşhur ədəbiyyat mükafatının qalibləri bəlli olub.

Arazinfo.com Teleqraf.com-a istinadən xəbər verir ki, ilin ən yaxşı kitabı nominasiyası üzrə mükafata “Öldürdüklərinin göz yaşında boğulacaqlar” romanının müəllifi, Uqanda əsilli müsəlman yazıçı Yohannes Anyuru layiq görülüb.

Paytaxt Stokholmun mədəniyyət salonunda baş tutan tədbirdə 38 yaşlı yazıçı deyib ki, bir müsəlman olaraq Allah ona İsveçin ən nüfuzlu mükafatına layiq bilib.

“Öldürdüklərinin göz yaşında boğulacaqlar” romanı gələcəkdə İsveçin irqçilər tərəfindən necə idarə olunması mövzusundadır.

Mükafatların təqdimat mərasimində bəlli olub ki, ilin ən yaxşı uşaq kitabı kateqoriyası üzrə mükafat isveçli yazıçı Sara Lundberqə, ilin ən yaxşı hekayəsi mükafatı isə Fatma Brennerə verilib.

İsveçdə ədəbiyyat mükafatı 1989-cu ildən bu yana, yazıçı Auqust Strinbergin xatirəsini anmaq məqsədilə verilir.

BIR CAVAB BURAXIN