Rusiyanın Kommunist Partiyası: Putini Qəddafinin taleyi gözləyir

0
669

Rusiya Federasiyasının Kommunist Partiyası (KPRF) özünün rəsmi “Tvitter” səhifəsində Rusiya Prezidenti Vladimir Putinin və onun ətrafının taleyinin inqilab zamanı öldürülən Müəmmər Qəddafi kimi olacağını bəyan edib.

Arazinfo.com-un “Yeniavaz.com”a istinadən  verdiyi məlumata görə, partiyanın fikrincə, yeganə xilas yolu KPRF-nin təklif etdiyi islahatlar modelləri ola bilər. KPRF-nin bu cür bəyanat verməsinə səbəb isə Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiya Antidopinq Agentliyinin haqlarını bərpa etməkdən imtina etməsi olub. Belə ki, imtina Rusiyanın Olimpiadaya buraxılmaması ilə nəticələnə bilər. KPRF-nin “tvit”ində deyilir ki, WADA-nın amerikalı əlaltıları Beynəlxalq Olimpiya Komitəsi komissiyasının əlaltıları ilə bir hərəkət edirlər: “Putin nə vaxt başa düşəcək ki, KPRF-nin ölkənin bərpa və inkişafı üzrə hazırladığı proqramı olmadan onu və ətrafını Qəddafinin ətrafı ilə birlikdə taleyi gözləyir. Rusiyanı isə Liviyanın …”.

BIR CAVAB BURAXIN