Azərbaycan vətəndaşı gürcü ilə neft işinə girdi, 1.4 milyon dolları getdi

0
593

Rusiya Baş prokurorunun müavini Vladimir Malinovski xüsusilə iri məbləğdə dələduzluq işi üzrə ittiham aktını imzalayaraq məhkəməyə göndərib.

Bu cinayət işinin qəhrəmanları Azərbaycan vətəndaşı və onu aldadan gürcü Bekar Razmadzedir.

İttiham aktına əsasən Bekar Razmadze Azərbaycan vətəndaşına qarşı (xəbərlərdə onun adı açıqlanmır-red) xüsusilə iri məbləğdə dələduzluq əməli törədib. 2012-ci ildə Bekar Razmadze Moskvada Azərbaycan vətəndaşını aldadaraq onun 1.4 milyon dollarını mənimsəyib. İstintaq müəyyən edib ki, Razmadze pulu azərbaycanlı biznesmendən ona neft məhsullarının alınması üçün götürüb.

Daha sonra biznesmenə Rusiyanın nüfuzlu neft şirkətlərindən birinin adına hazırlanmış , neft məhsullarının alınmasını təsdiqləyən saxta maliyyə sənədləri təqdim edib. Əslində isə gürcü dələduz azərbaycanlı biznesmenin pulunu mənimsəyib və öz məqsədləri üçün xərcləyib.

Hazırda Razmadze təcridxanadadır, onun barəsində qaldırılmış cinayət işi baxılmaq üçün Moskvanın Tversk rayon məhkəməsinə göndərilib.

Virtualaz.org

BIR CAVAB BURAXIN