Vaşinqtonda Rusiya amili dartışılıb

0
623

Noyabrın 3-də Atlantika Şurasında (Atlantic Council) keçirilən konfrans «Yeni üfüq: Rusiya və Qərb ABŞ-da prezident seçkilərindən sonra» adlanıb. Atlantika Şurası Vaşinqtonda yerləşən qeyri-hökumət araşdırma mərkəzidir.Tədbirəpolitoloqlar, Rusiya üzrə mütəxəssislər, jurnalistlər və hökumət qurumlarının keçmiş yüksəkvəzifəli əməkdaşları qatılıblar. İştirakçılar arasında Avropadakı NATO qüvvələrinin keçmiş komandanı Philip Breedlove və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin keçmiş müavini Judy Ansley də olub.

“Casusluq və seçkiyə müdaxilə köhnə üsullardır”

“BuzzFeed”in redaktoru Miriam Elder-in sözlərinə görə, casusluq və başqa dövlətlərin seçki proseslərinə müdaxilə dünyada bir çox dövlətin yararlandığı köhnə üsullardır. Ancaq çağdaş tarixdə ilk dəfədir ki, bir dövlət digərinin siaysi strukturlarına haker hücumuna keçir və əldə olunmuş sənədləri dərc edir. Rusiya ABŞ-ın Demokratlar Partiyasının elektron yazışmasını İnternetdə yerləşdirib. Elder qeyd edir ki, bunu, həqiqətən də, ABŞ-dakı seçki kampaniyasına müdaxilə saymaq olar.

Notr-Dam Universitetinin beynəlxalq siyasət professoru Michael Desch bildirib ki, ABŞ ştatlarının əksəriyyətində seçicilər Rusiya amilini çox da müzakirə etmirlər. O qeyd edib ki, 8 noyabr seçkilərində ABŞ-ın daxili işlərinə Rusiyanın müdaxiləsi vətəndaşlar üçün həlledici amil olmayacaq. Politoloqun sözlərinə görə, “elektron poçt qalmaqalında” Rusiya izi Amerika ictimaiyyətindən ötrü ikinci dərəcəli amil olaraq qalır.

ABŞ prezidentliyinə namizəd Donald Trump

ABŞ prezidentliyinə namizəd Donald Trump

Rusiya “böyük amil”dir?

Ancaq, təhlilçi seçkiöncəsi diskussiyada Rusiyanın “böyük amil” sayıldığını da bildirib. Bir tərəfdən Donald Trump-ın Putini “güclü lider” kimi tərifləməsi, digər tərəfdənsə onun bu bəyanatlarının Hillary Clinton tərəfindən siyasi mübarizə aləti kimi istifadə edilməsi həmin amilin önəm dərəcəsini göstərir.

Rusiyaya sanksiyaların Putin rejiminə təzyiq rıçaqı kimi effektivlik dərəcəsi də konfransın gündəliyindəki məsələlər arasında olub.

Konfransda ABŞ-ın yeni seçiləcək 45-ci prezidentin dövründə Moskvaya münasibətdə Vaşinqtonun strategiyası da müzakirələrdə yer alıb.

BIR CAVAB BURAXIN