0
450

“Araz” adı ilə tanınan, Azərbaycan tarixi və mədəniyyəti üzrə araşdırmaçı, milli-mədəni fəal Kiyumərs İslami Parsabad Cəza Məhkəməsinin 102-ci şöbəsinə çağırılıb.

O, “virtual aləmdə fəaliyyət göstərməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilib.

Özünümüdafiə mətnini təqdim etmək məqsədi ilə məhkəməyə çağırılan fəal bu gün – sentyabrın 11-də qeyd olunan şöbəyə müraciət etməlidir.

Qeyd edək ki, avqustun 9-u girov qarşılığında sərbəst buraxılan Kiyumərsin Azərbaycan tarixi ilə bağlı İnternetdə bir çox məqaləsi yayılıb. O, məhkəmə prosesi zamanı həmin məqalələrə görə günahlandırılıb. Müstəntiq sorğu-sual zamanı fəaldan dosyesində müəyyən dəyişiklik etmək üçün İranın xeyrinə bir neçə məqalə yazmağını istəyib. (axar.az)

BIR CAVAB BURAXIN