İngiltərəni silkəyən araşdırma: Consonla bağlı şok faktlar üzə çıxdı

0
861

İngiltərədə ən yüksək vəzifəli dövlət işçilərinin ofislərinin yaxınlığındakı ayaqyolulara baxış keçirildiyi və narkotik maddələr tapıldığı iddia edilib.

Arazinfo.com xəbər verir ki, “Sunday Times” tərəfindən Baş nazir Boris Conson və daxili işlər naziri Priti Patelin ofisinin yaxınlığındakı ayaqyolular da daxil olmaqla, 12 yerdən 11-də aparılan araşdırmada bu kimi dəlillər tapılıb.

Həmin yerlərin əksəriyyəti yalnız parlamentarilər üçün əlçatandır. Mənbə bir parlament üzvünün aşkar şəkildə narkotik maddədən istifadə etdiyini bildirib.

Parlamentin İcmalar Palatasının sədri Lindsay Hoyl Vestminster sarayında narkotik istifadəsi ilə bağlı iddiaları “dərin narahatlıq doğuran” adlandırıb.

“The Week” jurnalı isə Boris Consonun bir dəfə maraq üçün kokaindən istifadə etməsi ilə bağlı etiraf etdiyini yazıb. Baş nazir Pyers Morqan adlı jurnalistə kokaini kollecdə sınaqdan keçirdiyini, amma onda heç bir farmakoloji, psixotrop və ya başqa təsir buraxmadığını söyləyib.

BIR CAVAB BURAXIN