T-90S tankları, “Kornet-EM” raketləri, “Gecə ovçusu” və …cəmi 512 eksponat

0
523

Rusiyanın hərbi sənayesi Bakıda sentyabrın 26-da işə başlayacaq ADEX-216 beynəlxalq müdafiə sənayesi sərgisində 512 eksponatla təmsil olunacaq.

Bu barədə jurnalistlərə Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətindən bildiriblər. Onların arasında T-72 tanklarının yeni modifikasiyası, Ka-52 zərbə vertolyotları və digərləri yer alır.

ADEX-2016 sərgisi sentyabrın 30-na qədər davam edəcək, orada dünyanın 26 ölkəsindən 100-dən çox ölkənin iştirakı gözlənilir. Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətini sərgidə bu xidmətin direktor müavini Andrey Boytsovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Sərgidə “Rosoboroneksport” tərəfindən təşkil ediləcək Rusiya ekspozisiyasında 28 Rusiya şirkətinin stendləri nümayiş etdiriləcək. Sərgidə T-72 tanklarının yeni versiyası ilk dəfə təqdim olunacaq. Habelə Rusiyanın “Uralvaqonzavod”, “Rusiya vertolyotları”, reaktiv yaylım atəşi sistemləri istehsal edən “Splav” müəssisəsi, “Taktiki raket silahları” korporasiyası və digərləri öz məhsullarını təqdim edəcəklər.

Rusiya sərgidə xarici alıcılara Ka-52 zərbə-kəşfiyyat vertolyotlarını, Mi-35M və Mi-28HE “Gecə ovçusu” döyüş vertolyotlarını, T-90S tanklarını, tanka dəstək döyüş maşını “Terminator”ları, “Kornet-EM”, “Xrizantema-S” tank əleyhinə raketlərini və digər silahları təklif etməyə hazırlaşır.

Virtualaz.org

BIR CAVAB BURAXIN