SMS-də səhv etdi, həbs olundu

0
500

19 yaşlı amerikalı qız Şelbi Eyks narkotik vasitə satması ilə bağlı mətni sms-lə səhvən polis əməkdaşına göndərib.

Hadisə ABŞ-ın İndiana ştatında baş verib. Məlumatı aldıqdan sonra polis əməkdaşı Şelbi ilə yazışmağa başlayıb. Hüquq mühafizəçiləri guya narkotik vasitə almaq istədiklərini yazıblar və qızla görüş yeri təyin ediblər. Nəticədə, 700 dolar dəyərində qadağan olunmuş vasitə ələ keçirilib.

Şelbi Eyks həbs edilib. İndi onu 30 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Virtualaz.org

BIR CAVAB BURAXIN