Suriyada Rusiya ordusunun polkovniki öldürüldü

0
554

İyunun 19-da Suriyada Rusiya ordusunun polkovniki Vladimir Bekiş həlak olub.

Bu barədə “Dojd” telekanalına Bekişin yaxınları xəbər veriblər.

Hərbi qulluqçu Belarusda, doğulduğu kənddə dəfn olunub. Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyi zabitin ölümü barədə heç bir məlumat verməyib.

Həlak olan hərbçinin bacısı Svetlana Bulak telekanala bildirib ki, Vladimir Bekiş Rusiya ordusunun zabiti olub. Onun sözlərinə görə, qardaşı iyunun 19-da həlak olub. Ölüm haqqında şəhadətnamədə Vladimir Bekişin Suriya Ərəb Respublikasında öldüyü göstərilir.

BIR CAVAB BURAXIN