Türkiyə hərbçilərini NATO təlimindən geri çağırıb

0
532

 

Türkiyə NATO-nun Norveçdə keçirilən təlimdə iştirak edən hərbçilərini geri çağırıb. Arazinfo.com-un “Yeniavaz.com“a istinadən verdiyi məlumata görə bunu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezidentin sözlərinə görə, buna səbəb Norveçdə qoyulan düşmən lövhəsində Atatürkün rəsminin və öz adının olmasıdır: “Hədəfdə bunlar var. Türkiyə Silahlı Qüvvələr Baş Qərargah rəisi, Avropa İttifaqı məsələləri üzrə nazir bizə məlumat verdilər. Bildirdilər ki, 40 hərbçimizin təlimlərdən geri çağırılması barədə qərar qəbul ediblər. Biz də dedik ki, heç durmayın dərhal geri çağırın. Lövhə götürülsə belə, 40 əsgərimizi oradan sürətlə geri çağırın. Bu cür ittifaq, müttəfiqlik ola bilməz”.

BIR CAVAB BURAXIN