PKK-nın lider heyəti barədə təlimat – 4 “kapitan” hədəfdə

0
527

PKK terror təşkilatının lider heyəti ətrafındakı mühasirə halqası daralır.

 

Publika.az xəbər verir ki, “Türkiye Gazetesi” nəşrinin yazarı Batuhan Yaşar təhlükəsizlik mənbələrindən əldə etdiyi məlumatları oxucuları ilə paylaşıb.

 

Yaşar PKK “kapitanları”nın tutulmasının an məsələsi olduğunu açıqlayıb. Onun sözlərinə görə, təhlükəsizlik güclərinə ilk dəfə “PKK kapitanlarını tutun” təlimatı yazılı şəkildə verilib.

 

“Əldə etdiyimiz məlumatlarda maraqlı detallar var. “Bahoz Ərdal” kod adı ilə tanınan Fehman Hüseynin tutulması üçün iki əməliyyat keçirilib. Birinci əməliyyatdan son anda qaçıb, ikincidən isə yaralı şəkildə xilas olub. Murad Karayılan və Cəmil Bayıkın ətrafındakı halqa getdikcə daralır. Duran Kalkan üçün də eyni şeyləri söyləmək mümkündür. Deyəcəksiniz ki, Amerika Üsamə bin Ladeni Əfqanıstanda 10 il sonra tapdı. Əhəmiyyətli olan bir işin başlanmasıdır”, – türkiyəli yazar bildirib.

BIR CAVAB BURAXIN