Cilidə etirazçılarla polis arasında toqquşma baş verib

0
484
An injured man walks among demonstrators as they clash with riot police in front of the government house during a protest a day after Congress approved a relatively small 2017 wage hike for workers of the public sector, in Santiago, Chile, November 17, 2016. REUTERS/Pablo Sanhueza EDITORIAL USE ONLY. NO ARCHIVES. NO RESALES.

Ötən gün Çilidə keçirilən etiraz aksiyaları zamanı baş verən toqquşmalarda 5 nəfər polis yaralanıb.

Arazinfo.com-un TASS-a istinadən  verdiyi xəbərə görə, bu barədə yerli Bio-bio Chile radiostansiyası məlumat yayıb.

Etiraz aksiyalarına səbəb Çilinin yerlə xalqı olan Mapuçe qəbiləsinin fəalı Kamilo Katrilyankinin polis tərəfindən öldürülməsidir. Buna etiraz əlaməti olaraq etiraz aksiyası keçirən  yüzlərlə çilili Katrilyankinin qatilinin cəzalandırılmasını tələb edib. Aksiya iştirakçıları ilə polis arasında baş verən toqquşmalarda isə 5 nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Prokurorluq öz növbəsində aksiya iştirakçılarını sakitliyə dəvət edərək Kamilo Katrilyankinin qatili olan polisin sərt şəkildə cəzalandırılacağnı bildirib. Hadisəyə Çili prezidenti Sebastyan Pinyer də müdaxilə edib. O, Kamilo Katrilyankinin öldürülməsi ilə bağlı polis rəisi Ermes Sotonu istefaya göndərib.