Çin hökumətindən Şimali Koreya liderinə ZƏRBƏ

0
602

Çin hökuməti kütləvi qırğın silahlarının hazırlanamsında istifadə olunan maddələrin Şimali Koreyaya ixracatına qadağa qoyulması barədə qərar çıxarıb.

 

Publika.az xəbər verir ki, bu barədə “Shanghai Daily” qəzeti Çinin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.

 

Məlumata görə, sözügedən nazirlik nüvə, bioloji və kimyəvi silahların hazırlanmasında istifadə edilən maddələrin, o cümlədən metal tərkibli hissələrin və avadanlıqların Şimali Koreyaya satışını qadağan edib.

 

Çinin Ticarət Nazirliyi bu qərarı Şimali Koreyanın Cənubi Koreyaya qarşı təhdid və təzyiqlərinə adekvat olaraq BMT Təhlükəsizlik Şurasının çıxardığı qərarın tələblərinə əməl edilməsi kimi əsaslandırıb. Bundan əlavə, Çin hökuməti iki ay öncə də Şimali Koreyaya təyyarə benzininin satışını və bu ölkədən isə kömür və dəmir filizi idxalını dayandırıb.

 

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen İn bu il yanvarın 6-da hidrogen bombası, fevralın 7-də isə raket silahının sınaqdan keçirildiyini açıqlayıb.

 

BMT Təhlükəsizlik Şurası isə Şimali Koreyanın bu addımına cavab olaraq sanksiyaların tədbiq ediləcəyini bəyan edib.

BIR CAVAB BURAXIN