RUSİYANIN HƏRBİ TƏHLÜKƏSİ CİDDİDİRMİ? – NATO-dan 4 dəfə zəifdir…

0
618

Rusiya nə etmək niyyətindədir?

putin

Krım yarımadasının ilhaqından sonra, Rusiya Şərqi Avropa ölkələrinə təsir etməyə cəhd göstərir. Rusiyanın hərbi gəmiləri və təyyarələri qəsdən Amerikanın hərbi təyyarə və gəmilərinə icazə verilməyən həddədək yaxınlaşır, eyni zamanda Avropa dövlətlərinin dəniz və hava sahəsinə soxulurlar.

May ayında Böyük Britaniya qırıcıları Rusiyanın üç nəqliyyat təyyarəsini yaxalamışdılar. NATO-nun üzvü olan Estoniya sərhəddinə yaxınlaşan və xəbərdarlıq siqnalına cavab verməyən bu təyyarələr, ağır texnika və hərbçi daşıya bilərdi.

B.Britaniya müdafiə naziri Maykl Fellon bu insidenti Rusiyanın təcavüzkarlıq aktı adlandırıb. Rusiya tərəfindən edilən bu cür təxribatçı hərəkətlər prezident Vladimir Putinin öz silahlı qüvvələrini modernləşdirmək və təkmilləşdirməklə məşğul olduğu bir vaxta təsadüf edir.

– Modernləşdirmə nə üçün lazımdır?

Sovet İttifaqından Putinə köhnəlmiş ordu və ikinci dərəcə statuslu dövlət miras qalmışdı. O, istəyir ki, Rusiya yenidən ABŞ və NATO-ya qarşı dayanacaq gücə malik bir dövlət olsun və özünün ənənəvi təsir sferasını müdafiə edə bilsin. Bunun üçün Putin yeni nəsil nüvə raketlərinə və həmçinin də yeni tanklara, qırıcı təyyarələrə milyardlarla dollar pul sərf edib. Rusiya silahlı qüvvələri, öz əsgər sayını da nəzərəçarpacaq səviyyədə artırmağı planlaşdırıb. Moskva elan edib ki, 2020-ci ildə indiki 70 briqadadan əlavə 40 yeni briqada yaradacaq.

011

Lakin Rusiyanın bunları həyata keçirə bilməsi məsələsi hələ də sual altındadır, çünki neftin qiymətinin kəskin düşüşü Rusiyaya ciddi zərbə vuraraq, Putini mühüm gəlir mənbəyindən məhrum qoyub. Amma hər halda Rusiya öz qoşunlarını və silahlarını özünün NATO ilə qonşu olan ölkələrin sərhəddi boyunca yerləşdirməkdə davam edir.
Sevastopol şəhərində bazalaşdırılan Rusiyanın Qara dəniz donanmasına bu yaxınlarda bir neçə gəmi əlavə olundu və onlar Bolqarıstan, Rumınıya və Türkiyə sahillərində patrul həyata keçirirlər. Rəcab Tayyib Ərdoğan qeyd edib: ”Qara dəniz demək olar ki, Rusiya gölünə çevrilib”.

– Rusiya ABŞ-la rəqəbət aparmaq gücündədirmi?

Bu mümkündür. Hətta Rusiyanın hərbi potensialının gücləndirilməsini, müdafiə xərclərinin artırılması arqumenti kimi istifadə edən Pentaqonun yüksək vəzifəi məmurları Amerikanın hərbi üstünlüyünün təhlükə altına düşdüyünə inanmırlar. ABŞ müdafiəyə Rusiyadan yeddi dəfə artıq pul xərcləyir (Rusiya 84 milyard dollar, ABŞ 600 milyard dollar). NATO-nun hərbi imkanları Rusiyanın hərbi gücünü dörd dəfə üstələyir.

Kiçik Corc Buş və Barak Obama da daxil olmaqla, ABŞ prezidentləri tərəfindən imzalanan müqavilələrə uyğun olaraq, bu iki ölkə praktik baxımdan nüvə paritetinə nail olublar, lakin Amerikanın ixtiyarında ortadan qaldırılmamış və saxlanılan yüzlərcə nüvə başlığı var ki, belələri Rusiyada yoxdur.

Hərbi analitik Deniela Qurenin sözlərinə görə, qüvvələrin bərabər olmaması səbəbindən, Rusiya qorxutma taktikasına üstünlük verir və özünü proqnozlaşdırılmamış davranışlar biçimində apararaq, ümid bəsləyir ki, NATO “kiçik məğlubliyyətlərlə barışıb, böyük müharibə riskinə girməyi arzulamayacaq”.

Məz bu cür taktikadan Rusiya Ukrayna və Krımda istifadə etdi. Qərbi daha çox qorxutmaqdan yana, Rusiya hətta lokal miqyaslı münaqişələrdə nüvə silahından istifadə etməyə hazır olduğu təhdidinə də başladı.

– NATO necə reaksiya verir?

nato-us-baltic-russia-2

Rusiyanın qəfil hücumuna NATO-nun hazır ola bilməyəcəyi narahatlığı ucbatından, Obama administrasiyası bəzi Şərqi Avropa ölkələrinə və Pribaltikaya 5 min hərbçi, həmçinin tanklar və digər ağır silahlar yollayıb.

NATO həmçinin hələ haqqında 2002-ci ildən danışılan və İranın nüvə silahı əldə edə biləcəyinə qarşı nəzərdə tutulan Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərini bu yaxınlarda Polşa və Rumınıyada yerləşdirib. Rumınıyadakı RƏM bazası yenicə istifadəyə verilib və belə bir bazanın Polşada da yaradılması üzərində iş gedir.

Moskva hadisələrin bu cür gedişindən hədsiz narazıdır və bildirir ki, artıq İran nüvə silahı yaratmaqdan məhrum edilib və onda bu sistemlər, böyük ehtimalla, Rusiyaya qarşı yönəlib ki, bu da bir neçə beynəlxalq müqavilələrin pozulması deməkdir. Ancaq buna baxmayaraq, NATO məmurları bəyan edirlər ki, Rusiyanın özü, Polşa və Litva arasında yerləşən kiçik bir anklav olan Kalininqradda nüvə silahı yerləşdirməklə, bu müqavilələri pozdu.

– Bunu növbəti təhlükə ocağı adlandırmaq olarmı?

Ola bilər. Keçən ilin dekabrında Rusiya Kalininqradda qəflətən hərbi təlimlərə başladı və bu təlimlərin gedişində Rusiya silahlı qüvvələri NATO üzvü olan iki paytaxtın bir neçə kilometrliyində tam döyüş hazırlığı vəziyyətinə gətirildi.
Bəzi analitiklərin fikrinə görə, Rusiya Kalininqrad ətrafında böhran təxribatı törədərək, NATO-nu RƏM proqramından əl çəkməyə və hətta formal olaraq Krımın ilhaqını tanımağa vadar etməkdən ötrü, şantaj vasitəsi kimi istifadə edə bilər.

– İrəlidə nə baş verəcək?

NATO iyun ayında, alyansın Varşavadakı sammitindən bir qədər əvvəl Polşada 10 min nəfərin iştirakı ilə iri miqyaslı hərbi təlimlər keçirir.

Həmin sammitdə prezident Obamanın NATO-ya üzv ölkələrinin başçıları ilə keçirəcəyi görüşdə, Rusiyanın aqressiyası əsas müzakirə mövzusu olacaq. NATO nümayəndələri iddia edirlər ki, onlar Rusiya ilə dialoq qurmaq istəyirlər. Belə ki, Krımın ilhaqından sonra fəaliyyəti dayandırılmış NATO-Rusiya şurası bu yaxınlarda yenidən bərpa edilib.

Ancaq NATO artıq Rusiya ilə “strateji əməkdaşlıq”dan danışmayaraq, daha çox soyuq müharibə dövründəki formullardan istifadə edərək, kommunikasiya kanallarının açıq qalmasının vacibliyini vurğulayır. Bundan fərqli olaraq, Rusiya məmurları daha pessimist baxışlara malikdirlər. Rusiya baş naziri Dmitri Medvedyev deyib ki, dünya yeni soyuq müharibəyə doğru sürüklənib.

– Kiberməkanda Moskvanın müharibəsi

Hal-hazırda Rusiya Çini qabaqlayaraq, kiber məkanda ABŞ üçün əsas təhlükəyə çevrilib. Kremlə bağlı olan xakerlər Polşanın fond birjasının, bir fransız televiziya kanalının, “New–York Times” nəşrinin, NATO, hətta Ağ Ev və Pentaqonun kompüter sistemlərini sındırıblar. Bu xaker hücumlarının əsas hədəfi casusluq və sistemlərin işinə əngəl yaratmaqdır. Bəzən isə onlar fiziki təhlükə də törədirlər.

2014-cü ildə rusiyalı xakerlər Almanıyanın poladəritmə şirkətlərindən birinin domna sobasının işinə nəzarə edən kompüterə müdaxilə edə bilmişdilər ki, bunun nəticəsində də domna sobası sıradan çıxarılmışdı. Rusiyalı xakerlərin hücumları Ukraynada elektik enerjisinin dayandırılmasına və hərbi rabitə cihazlarının işində kəsintilərə səbəb olmuşdu. Rusiyanın Suriyadakı əngəl yaratma sistemləri NATO-nun casus peyklərinin işinə maneçilik törədir.
Təhlükəsizlik sahəsi üzrə ekspert Cefri Karr bidirib: ”Şübhəsiz ki, digər ölkələrdən fərqli olaraq, Rusiya daha aktivdir və onlar hərbi əməliyyatlarla kiber hücumları birlikdə həyata keçirirlər. Çin heç zaman bu cür əməliyyatlar keçirməyib”.

BIR CAVAB BURAXIN