Nikol Paşinyan parlamenti buraxmağa hazırlaşır

0
565

ABŞ-dan qayıtdıqdan sonra Baş nazir Nikol Paşinyan Ermənistan parlamentinin buraxılması barədə fraksiya rəhbərləri ilə danışıqlara başlayacaq.

Mediainfo.az-ın verdiyi xəbərə görə bu barədə Paşinyan Nyu-Yorkdakı “Yel” klubunda keçirdiyi qapalı tədbirdə bildirib. Tədbirdə iştirak edən politoloq Ayk Martirosyan  feysbuk səhifəsində yazıb ki, Paşinyan mümkün qədər parlamenti tez buraxmaq niyyətindədir.  Onun sözlərinə görə, Paşinyan bu yolla parlamenti Sarkisyan tərəfdarlarından təmizləmək və   beləliklə özü üçün gözlənilən təhlükəni aradan qaldırmaq istəyir. Qapalı tədbirdə Paşinyan həmçinin hüquq-mühafizə orqanlarının da Sarkisyan tərəfdarlarından təmizlənəcəyini qeyd edib.

 

BIR CAVAB BURAXIN