Fransada mütəşəkkil cinayətkar qrupun üzvləri həbs edilib

0
458

Lion şəhərində Fransa və Belçikada fəaliyyət göstərən azərbaycanlılardan, ermənilərdən və gürcülərdən ibarət mütəşəkkil cinayətkar qrupun 22 üzvü həbs edilib.

Arazinfo.com-un verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Gürcüstanın Daxili İşlər nazirliyi Mərkəzi kriminal departamentinin direktoru Vladimir Bortsvadze bildirib. Onun sözlərinə görə, “Vors69-01” adı altında keçirilən əməliyyatda Gürcüstan, Fransa və Belçikadan olan 300 nəfər polis iştirak edib. Cinayətkarlar mənzil oğruluğu, maşınların qarəti ilə məşğul olub, eyni zamanda saxta sənədlərlə narkotika alverini həyata keçiriblər. Həbs edilənlərdən 11 nəfəri Gürcüstan vətəndaşı, qalanları isə azərbaycanlılar və ermənilərdir. İndi həbs edilənlərin hər birini 15 il həbs cəzası gözləyir.