“New York Times” : “ABŞ-ın gözü oradakı neft yataqlarındadır”

0
797
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın Afrin şəhərində əməliyyata başlanılacağı ilə bağlı xəbərdarlıqlarının ardından, ABŞ mətbuatı Ağ Evin əsl məqsədinin neft olduğunu açıqlayıb.
“New York Times”dan ilinc iddia
Türkiyənin Suriya ilə sərhəddə həyata keçirməyi planlaşdırdığı “30 minlik sərhəd qoruma qüvvəsi” layihəsi ABŞ-ın ciddi narahatlığına səbəb olub.
Bu barədə ABŞ-da dərc edilən “The New York Times” qəzeti məlumat yayıb. Məlumatda qeyd edilib ki, bu layihə baş tutarsa, Suriya ərazisi daha da bölünəcək və ölkə ərazisində olan neft yataqları ABŞ-ın nəzarətindən çıxacaq.
Terror şəbəkələrinə açıq dəstək
Vətəndaş müharibəsinin yaşandığı Suriyaya sülh gətiriləcəyini iddia edən ABŞ bölgəyə girildikdən sonra terror təşkilatlarını dəstəkləmək üçün əhalinin qırğınlarına səbəb olub. Suriyada milyonlarla insanın həyatını itirməsinə səbəb olan ABŞ Türkiyədə qanlı hücumlar təşkil edən PKK-nın Suriyadakı uzantılarına da açıq şəkildə dəstək verir.
“2 yaşlı“ investisiya
“New York Times” PKK-nın Suriya qanadı olan YPG terroristlərinə təxminən 5000 TIR silah və döyüş sursatı göndərən Amerikanın əsas iddialarından da yazıb. Prezident Rəcəb Tayyib Ərdoğanın israrlı şəkildə “Suriyanın Afrin şəhərinə girəcəyik” deməsi ABŞ-da ciddi narahtlığa səbəb olub. Xəbərə görə, bu narahatlığın əsas səbəbi kimi bölgəyə iki il boyunca əhəmiyyətli yatırımların edilməsidir.
“Amerika iki ildir ki, bölgəyə ciddi şəkildə sərmayə qoyur və hazırda Suriyada ən zəngin neft ehtiyatı olan yataqlar bu ərazidədir”, – deyə qəzetin dərc etdiyi məqalədə bildirilir.(Musavat.com)

BIR CAVAB BURAXIN