Türkiyə 4 divizion “S-400” kompleksini 2,5 mlrd. dollara aldı

0
551

 Türkiyə Rusiyadan 2,5 mlrd. dollar  dəyərində 4 divizion “S-400” zenit-raket kompleksi əldə edib. Arazinfo.com-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Rostex”in baş direktoru Sergey Çemezov “Kommersant”a verdiyi müsahibədə bildirib.  

Onun sözlərinə görə, Rusiya və Türkiyə “S-400”-lərin alınması üçün  Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: “Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından  tədarük etməyə başlayacağıq”, – deyə o bildirib.

Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb.

BIR CAVAB BURAXIN