Putin prezident postunu tərk etmək niyyətində deyil

0
485

Vladimir Putin Çinin məşhur “Əlibaba”korporasiyasının prezidenti Cek Ma ilə görüşdə təqaüdə çıxmaq və prezident postunu tərk etmək niyyətində olmadığını bildirib.

Bu barədə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov  “Rossiya1” telekanalının “Moskva. Kreml. Putin” proqramına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, Putin Cek Manın korporasiyanın rəhbəri vəzifəsindən istefa verərək təqaüdə getməyə hazırlaşması barədə mətbuatda yayılan xəbərlərin doğru olub-olmaması ilə maraqlanıb. O: “Doğrudanmı siz belə gənc yaşda təqaüdə çıxmağa hazırlaşırsınız? Axı indi sizin ən böyük enerji ilə işləyən vaxtınızdır. Məsələn, mən bu vaxtımda-65 yaşımda heç vaxt təqaüdə getmək və prezident postunu tərk etmək niyyətində deyiləm”,-deyib. Mediainfo.az

 

 

BIR CAVAB BURAXIN