Məşhur müğənni hicabını açdı: “İşlərim yolunda getmədi”

0
692


 

Bir il əvvəl hicab bağlamağa başlayan və bəzi konsertlərə pariklə çıxan müğənni Niran Ünsal fikrini dəyişib.

Musavat.com xəbər verir ki, müğənni “Duymayan qalmasın” proqramına hicab bağlamadan qatılıb.

O, atdığı bu addımı belə əsaslandırıb: “Hicab bağlamaq mənim həyatımda aldığım əhəmiyyətli qərar idi. Amma hicab bağlamaqla sənətçi olmaq olmur. Ticari baxımdan çox ciddi bir itki yaşadıq. Çox insan zərər çəkdi. Mən ildə 80 konsert verirdim. Hicabdan sonra işlərim yolunda getmədi. Parik taxmaq çarə deyildi. Mən də hicabı açmalı oldum”.

Qeyd edək ki, ötən il “Musiqi üçün, sənət üçün soyunma” adlı kampaniyaya başlayan və hicaba keçən N.Ünsal bu mövzuda Prezident Ərdoğanın onu dəstəklədiyini vurğulamışdı: “Ərdoğana heyranam, mənə doğru yolu göstərdi”.

 

BIR CAVAB BURAXIN