Çavuşoğlu Hillari Klintona xəbərdarlıq etdi

0
630

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun PKK-nın Suriya qolu olan PYD-yə silah tədarükünün gərəkli olmasına dair bəyanatı terrorizmə dəstəkdir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib: “Bu baş verərsə, ABŞ terroru dəstəkləyən ölkəyə çevriləcək. Biz sadəcə dostcasına xəbərdarlıq etmək istəyirik: terrorçularla əməkdaşlıq edənlər onlarla əlbirdirlər”.

Qeyd edək ki, Klinton Sent-Luisdə keçirilən teledebatlar zamanı ABŞ-ın Suriya və İraqda “ən yaxın dostları” adlandırdığı PYD terrorçularının silahlandırılması məsələsini nəzərdən keçirəcəyini vəd edib.

BIR CAVAB BURAXIN