“Fənərbağça”dan ŞOK TRANSFER

0
580

Türkiyənin “Fənərbağça” futbol klubu Brazilya milli komandasının tanınmış hücumçusu, hazırda Rusiyanın “Zenit” klubunda oynayan Halkla bağlı transfer danışıqlarına başlayıb.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Fənərbağça” klubu hollandiyalı ulduz futbolçu Robin van Persini brazilaylı Halkla əvəzləməyi düşünür.

 

Hətta, Türkiyə mediası yazır ki, “Fənərbağça” klubunun portuqaliyalı baş məşqçisi Vitor Pereira Robin van Persiyə tezliklə özünə klub tapmağı söyləyib. Odur ki, Robin van Persinin “Fənərbağça”da qalacağı sual doğurur.

 

Əvəzində isə Vitor Pereira deyib ki, o, “Porto” klubunda baş məçşqçilik edən zaman da brazilaylı ulduz Halkın oyunundan məmnun qalıb.

 

Hazırda Halkın transferi üçün Rusiyanın “Zenit” klubu ilə danışıqlar gedir. Yaxın vaxtlarda danışıqların nəticəsi məlum olacaq.

 

BIR CAVAB BURAXIN