Kreml ABŞ-dakı seçkilərin nəticəsi haqda

0
570
 11

“ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri Rusiya üçün gözlənilməz oldu”.

RİA Novosti-nin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, prezident Vladimir Putin seçkilərə neytral mövqe sərgiləyib və heç bir vaxt hansı namizədin tərəfdarı olduğunu göstərməyib.

Peskov həmçinin qeyd edib ki, rəsmi Moskva Rusiya ilə ABŞ arasında münasibətlərin bir həftəyə normallaşacağını gözləmir.

Xatırladaq ki, Donald Tramp 9 noyabrda ABŞ prezidenti seçilib. Onun inaqurasiyası 20 yanvar 2017-ci ildə keçiriləcək. Seçilməsi münasibəti ilə etdiyi nitqində siyasətçi dünyadakı partnyorları ilə düşmənçilik aparmayacağına və təmas nöqtələri axtaracağına söz verib.

BIR CAVAB BURAXIN