Hitlerin nüvə silahı zavodunu partladan norveçli vəfat edib

0
497

Hitler Almaniyasının nüvə silahı əldə edilməsi məqsədi ilə Norveçdə inşa etdiyi ağır su istehsalı zavodunu partladaraq  məhv edən İoahim Renneberq 99 yaşında vəfat edib.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə NRK teleradio verilişləri korporasiyasının yaydığı məlumatda deyilir.

1943-cü ildə 23 yaşlı Renneberq xüsusi tapşırıq əsasında “Hannersayd” kodu altında Almaniya zavodunun məhv edilməsi əməliyyatına rəhbərlik etmişdi. Nəticədə zavodun böyük hissəsi partladılmış və Hitlerin qısa müddətdə nüvə silahı əldə etməsi planı boşa çıxmışdı. Əməliyyatı uğurla başa çatdırdığına görə, Renneberq Norveçin ali mükafatı olan “Qılınc və hərbi xaç”la təltif edilmişdi.

 

 

 

 

 

BIR CAVAB BURAXIN