ABŞ hərbçiləri və terrorçular Menbiçi tərk edir

0
563

ABŞ-ın rəsmi nümayəndələri və terrorçu PKK/YPG-PYD qruplaşmasının təmsilçiləri Suriyanın Membic şəhərində keçirdikləri birgə toplantıda bölgədən çıxmaq və həmin ərazilərin Azad Suriya Ordusuna təhvil verilməsi barədə qərar qəbul ediblər.

“Report” xəbər verir ki, bunu “Habertürk” qəzeti yazıb.

Məlumata görə, toplantıda Membicin bəzi nöqtələrində ABŞ-ın hərbi məntəqələrinin yerləşdirilməsi və terrorçu qruplaşmanın Fərat çayının qərbindən tamamilə çəkilməsi ilə bağlı qərar da qəbul olunub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hərbçilərinin və terrorçuların Membicdən çəkilməsini tələb etmişdi. O, bölgəyə Türkiyə ordusunun girərək oranı terrorçulardan təmizləyəcəyini və ərazinin həqiqi sahiblərinə veriləcəyini bildirmişdi.

Xatırladaq ki, Afrindən sonra Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Tel-Rıfatı da terrorçu PKK-nın Suriyadakı qollarından olan YPG silahlılarından azad edib.

BIR CAVAB BURAXIN