İki ölkənin əlaqələrinə mənfi təsir göstərəcək – Ərdoğandan ilk açıqlama

0
577
Turkish Prime Minister Recep Tayyip Erdogan addresses the members of his Islamic-rooted party in parliament in Ankara, Turkey, Tuesday, June 25, 2013. Turkish police on Tuesday detained at least 20 people allegedly involved in violent protests, as Erdogan continued to lash out at protesters — and a BBC journalist — he claimed were part of a conspiracy to harm Turkey. Erdogan reiterated that the protests were orchestrated by forces wanting to prevent Turkey’s rise. (AP Photo)

“Ölkəyə döndükdən sonra bu məsələni müzakirə edib, lazımi qərarı verəcəyik”.

“Report” xəbər verir ki, bunu Keniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnamə haqda jurnalistin sualını cavablayarkən deyib.
“Almaniyadakı səfirimizi Türkiyəyə çağırdıq. Almaniya parlamentinin qəbul etdiyi qətnamə iki ölkənin əlaqələrinə mənfi təsir göstərəcək qərardır”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Baş nazirin müavini Numan Kurtulmuş “Twitter” səhifəsində Bundestaqın 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən yazıb: “Almaniya Bundestaqının təhrif edilmiş və əsassız iddiaları “soyqırımı” olaraq qəbul etməsi və layihəyə səs verməsi tarixi bir xətadır. Almaniya parlamentinin bu qətnaməsi Türkiyə-Almaniya dostluq əlaqələrinə yaraşan qərar deyil. Türkiyə üçün bu qərar bir heçdir. Bu məsələ siyasətçilərin və ya parlamentlərin deyil, elm adamlarının, tarixçilərin müzakirə edəcəyi bir məsələdir. Türkiyə bu qərara bütün sahələr üzrə lazımi cavabı verəcək”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində qətnaməyə belə münasibət bildirib: “Öz tarixlərindəki qaranlıq səhifələri ört-basdır etmək üçün Bundestaq məsuliyyətsiz və əsassız qərar qəbul edərək, başqa ölkələrin tarixini qaralayır”.

 

BIR CAVAB BURAXIN