Daha bir ölkə səfirliyini Qüdsə köçürməyəcəyini açıqladı

0
639

 
Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürməyəcəyini açıqlayıb.
Rumıniya Prezident Adminstrasiyasının rəsmi saytı İsrailin Baş naziri Benyamin Netanyahunun Rumıniya Prezidenti Klaus Yohannisə zəng edərək səfirliyin Qüdsə köçürülməsi məsələsini müakirə etdiyini yazıb.
Rumıniya prezidenti açıqlamasında bitərəf mövqeyini davam etdirəcəyini deyib və İsrail-Fələstin arasında yaşanan gərginliyin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Fələstinin Rumıniyanın paytaxtı Buxarestdəki səfiri Fuad Kokali Yohannisin qərarından məmnun olduqlarını bildirib:
“Səfirliyin Qüdsə köçürülməsinin qanuni olmadığını düşünən Rumıniya yenə də beynəlxalq hüquq qaydalarına hörmət edir”.
Qeyd edək ki, ABŞ bir müddət əvvəl Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və səfirliyi bu şəhərə köçürəcəyini açıqlayıb. Bundan sonra ABŞ-ın sözügedən qərarı il bağlı BMT-nin Ümumi Qurultayında keçirilən səsvermədə Rumıniya bitərəf olduğunu bildirib.(Axar.az )

BIR CAVAB BURAXIN