11 şahzadənin həbsinin səbəbi açıqlandı

0
636

 Səudiyyə Ərəbistanında 11 şahzadənin həbsinin səbəbi açıqlanıb. Arazınfo.com-un APA-ya  istinadən verdiyi xəbərə görə, buna səbəb şahzadələrin kral sarayında etiraz keçirməsi olub. Bu barədə  Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Müjib bildirib.

Onun sözlərinə görə, şahzadələr kommunal xərcləri ödəməkdən imtina ediblər. Qeyd edək ki, əvvəllər hakim ailənin qohumları su və elektrik istifadəsinə görə ödənişlərdən azad edilmişdi. Etirazçılar kraldan bu imtiyazların bərpa edilməsini tələb ediblər. Bundan başqa aksiya iştirakçıları qohumlarından birinin məhkum edilməsinə görə, kraldan pul kompensasiyası da tələb edib.

Məlumata görə, şahzadələr Əl Xeyr həbsxanasında yerləşdiriliblər.

Qeyd edək ki, noyabrda Səudiyyə Ərəbistanı Korrupsiya qarşı mübarizə komitəsi 11 şahzadə və 4 nazirin  saxlanılmasına dair qərar verib. İstintaq zamanı 300-dək şəxs dindirilib, 2000-dən çox bank hesabı dondurulub.

BIR CAVAB BURAXIN