![](http://www.arazinfo.com/wp-content/uploads/2017/05/11-156-300x224.jpg)
Azərbaycan Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək Ərəb-İslam sammitinə dəvət olunub.
“Əl-Arabiya” xəbər verir ki, sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq.
Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı, Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub.
İran sammitə dəvət edilməyib.