Azərbaycan Donald Trampın iştirak edəcəyi Ərəb-İslam sammitinə dəvət olunub

0
502
 

Azərbaycan Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək Ərəb-İslam sammitinə dəvət olunub.

“Əl-Arabiya” xəbər verir ki, sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq.

Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı, Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub.

İran sammitə dəvət edilməyib.

BIR CAVAB BURAXIN