Aİ “Fərqliyik, Bərabərik” adlı video layihəyə start verdi

0
572

 

3 dekabr tarixində qeyd olunan Beynəlxalq Əlillər Günü münasibətilə Avropa İttifaqı (Aİ) “Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı” (UNDP), UNİCEF, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və ASAN Radio ilə birgə əməkdaşlıqda “Fərqliyik, Bərabərik” adlı film hazırlamışdır.

 

Arazinfo.com-a Aİ-nin Azərbaycan nümayələndiyindən verilən məlumata görə, 12 dəqiqəlik film ərzində layihə tərəfdaşları əlilliyi olan şəxslərin inklüziv cəmiyyətimizin üzvləri hesab edilməli olduğunu, cəmiyyətin bütün üzvlərinin eyni hüquq və imkanlara malik olduğunu və digərləri ilə birgə təhsil ala biləcəyini vurğulamaq istəmişdir.Videoda əlilliyin həyatdan zövq almağa mane olmadığı vurğulanır.

 

Aİ-nın Azərbaycan Respublikasındakı Səfiri c-b Kestutis Yankauskasın,BMT İnkişaf Proqramının Rezident Nümayəndəsinın səlahiyyətlərini icra edən c-b Alessandro Frakassettinin, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Rəhbəric-b Edvard Karvardin, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi c-b Cəmil Əliyevin iştirakı ilə video 7 dekabr tarixində Landmark mehmanxanasının Rotunda zalında təqdim edilmişdir ki, burada iştirakçılar əlilliyi olan şəxsləri dəstəkləmək sahəsində həyata keçirilən layihələr barədə məlumat vermişlər. Tədbirin moderatoru ASAN Radionun Direktoru c-b Emin Musavi idi.

Hazırda Azərbaycanda Avropa İttifaqının maliyyələşdirdiyi növbəti layihələr həyata keçirilir: UNICEF tərəfindən “Azərbaycanda İnklüziv Təhsilin Genişləndirilməsi”; “Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramı” tərəfindən “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihələri.

2009-cu ildə Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya (UNCRPD) qoşulmuşdur. Konvensiyada əlillik tibbi və ya xeyriyyə deyil, insan hüququ məsələsi hesab edilir. Aİ-na bütün Üzv Dövlətlər Konvensiyanı imzalamış və ratifikasiya etmişlər.