ABŞ Rusiyanın bölgədə artan təhdidlərinə qarşı Ukrayna və Gürcüstanda hərbi təlimlərə başlamaq imkanlarını nəzərdən keçirir.
Bu, ABŞ Prezidenti Donald Trampın imzaladığı “Amerikanın hərbi ehtiyacları üçün nəzərdə tutulmuş öhdəliklər” haqqında qanunda əks olunub.
Sənədə görə, ABŞ Rusiyanın Qara dəniz hövzəsində artan nüfuzuna qarşı Gürcüstan və Ukraynaya hərbi birləşmələr göndərməyi planlaşdırır.
Plan çərçivəsində Qara dənizdə Gürcüstan və Ukrayna Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə ayrı-ayrı vaxtlarda hərbi təlimlərin təşkili nəzərdə tutulub.
Sənədin mətnində deyilir ki, Pentaqonun rəhbəri, dövlət katibi və NATO-nun Avropadakı Baş Qərargahının başçısı Avropada müttəfiqləri və tərəfdaşlarına dəstək vermək məqsədilə “Rusiya təcavüzünə qarşı mübarizəni nəzərdə tutan strategiya” hazırlamalı və tətbiq etməlidir.
Onlar həmçinin Qara dənizdə NATO-nun Ukrayna və Gürcüstanı da əhatə edən çoxmillətli təlimlərin miqyasını artırmaq imkanını nəzərdən keçirməlidir. Pentaqon bu məqsədlə 716 milyard dollar ayırmağı və xüsusi hərbi personalın sayını artırmağı planlaşdırır.
Bu məqsədlə Pentaqona 16 minlik hərbi qüvvə toplamaq tapşırığı verilib.
NATO-nun Rusiya təhdidinə qarşı silsilə formada keçirəcəyi hərbi təlimlərə Azərbaycan və bölgənin digər dövlətlərinin də cəlbini nəzərdə tutan müddəanın sənədin mətninə daxil edilməsi təklif olunub.
Konqres və prezident tərəfindən təsdiqlənmiş planın müəllifi konqresmen Con Mekkeyndir.Teleqraf.com