Moskva Putinə görə Fox telekanalından üzrxahlıq tələb edir

0
574

Kreml aparıcı Bill O’Reilly-nin Putini “qatil” sözü ilə təsvir edən “qeyri-məqbul və təhqirarmiz” şərhinə görə Fox News kanalından üzrxahlıq etməsini tələb edib.

Cənab Putinin sözçüsü Dmitri Peskov deyib ki, “bu mötəbər televiziya şirkətinin” üzr istrəməsi tələb olunur.

Trump-la müsahibə zamanı onun Rusiya prezidenti ilə iddia edilən bağlarına dair sual verən O’Reilly “axı o bir qatildir, Putin bir qatildir” demişdi.

Cənab Trump bu sualın cavabında demişdi: “Çox qatillər var. Bizdə də çox qatillər var. Siz nə düşünürsünüz? Bizim ölkəmiz günahsızdır?”

Trump bir daha təsdiqləmişdi ki, “prezident Putinə hörməti var və onunla yaxşı yola getmək istəyir”.

Reuters agentliyi yazır ki, Rusiyanın ABŞ seçkisinə haker müdaxiləsinə dair iddialarla bağlı Donald Trump-ın Putin barədə dediklərinə indi ABŞ-da çox diqqət yetirilir.

Teleaparıcı Bill O'Reilly

Teleaparıcı Bill O’Reilly

Bir çox respublikaçılar, məsələn bu müsahibədə Trump-ın ABŞ-ın da heç də həmişə günahsız olmadığı barədə şərhindən narazı qalıblar.

Senat çoxluğunun lideri Mitch McConnell Putini “keçmiş DTK agenti və quldur” adlandırıb.

Lakin vise-prezident Mike Pence deyib ki, prezident “keçmişdəki semantika və mülahizələrin Rusiya ilə birgə işləmək yollarının axtarışına mane olmasını istəmir”.

Demokratların liderlərindən Nancy Pelosi sözü gedən müsahibədən sonra bir daha cənab Trump-ın Rusiya ilə əlaqələrinin araşdırılmasına çağırıb.

Cənab Trump bəyanatlarında Putini şəxsən tanımadığını, amma Rusiya ilə yaxşı münasibətlərəçalışdığını deyir. O bunu da əlavə edir ki, Putinlə dil tapmağa çalışacaq. Ola bilər ki, alınsın, ola da bilər ki, yox…

BIR CAVAB BURAXIN