Azərbaycan payızda ərazi bütövlüyünü bərpa edəcək – DƏQİQ VAXT

0
621

“Bu ilin payızında Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı şair, publisist Aleksandr Fomenkov “facebook” səhifəsində yazıb.
O, bundan qəti şəkildə əmin olduğunu dilə gətirib: “Əgər mən haqlı çıxmayacağamsa, Şuşaya köçəcəm və məktəbdə rus dili müəllimi işləyəcəm. Kim mərcə girmək istəyirsə, buyursun. Əgər mərci uduzsam, həmin şəxsi Qarabağda gəzdirməyi üzərimə götürürəm”, – deyə o bildirib.

 

Famenkov hətta bir az da irəli gedərək, qeyd edib ki, əgər o haqlı çıxmasa, bütün şeirlərini, hekayələrini, məqalələrini və esselərini yandıracaq: “Və ömrümün sonuna qədər Azərbaycan sözünü dilimə gətirməyəcəm”

BIR CAVAB BURAXIN