ABŞ bu ölkədə yeni müharibəyə başladı – İŞİD ƏMƏLİYYATI

0
514

ABŞ Liviyada İŞİD-ə qarşı hava hücumlarına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, məqsəd İŞİD-i məhv etmək və Liviyada sabitliyi yenidən bərpa etməkdir.

Obama əməliyyatın Liviya hökumətinin müraciəti əsasında həyata keçirdiklərini qeyd edib.

“İŞİD-i təmizlədikdən sonra Liviyada bütün tərəflərin bir araya gələcəyinə ümid edirik. Sadəcə biz deyil, Avropa və digər ölkələr də Liviyanın sabitliyə qovuşmasını arzulayır. Çünki buradakı qeyri-sabitlik miqrant böhranına və insan faciəsinə çevrilir”, – deyə Obama bildirib.

ABŞ prezidenti Obama Müəmmar Qəddafinin devrilməsindən sonra İŞİD-in Liviyada güclənməsinə dair sualı cavablandırarkən, dolayısı ilə Qəddafini özlərinin devirdiklərini və bundan peşman olmadıqlarını açıqlayıb.

Lakin Obama Liviyada səhv etdiklərini də etiraf edib.

“Liviyada daha öncə bir qətliamın qarşısını almaqla doğru addım atdıq. Lakin heç birimiz tam olaraq daha sonra Liviyada sağlam mühitin yaradılması və ölkənin təhlükəsizliyinin təmin edilməsi məsələsində yetərincə düşünmədik”, – deyə o bildirib.

BIR CAVAB BURAXIN