Türkiyə, Rusiya, Almaniya və Fransa rəhbərlərinin görüşünə hazırlıq davam edir

0
485

Suriyanın İdlib əyalətindəki vəziyyətlə bağlı Rusiya, Türkiyə, Almaniya və Fransa rəhbərləri arasında görüşə hazırlıq ən yüksək səviyyədə davam edir.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Berlində keçirilən brifinqdə Almaniya hökumətinin rəsmisi Şteffen Zaybert deyib.

Amma o hələ 4 ölkə liderlərinin görüşü barədə konkret vaxtın müəyyən edilmədiyini bildirib: ” Həqiqətən də kansler Angela Merkel Rusiya, Türkiyə və Fransa liderlərinin iştirakı ilə İdliblə bağlı məsələnin müzakirəsində iştirak etməyə hazır  olduğunu bildirib. Ancaq bu görüşün nə vaxt keçiriləcəyini dəqiq deyə bilmərəm. Hazırda 4 ölkə liderinin iştirakı ilə bağlı görüşə hazırlıq davam edir”.

 

 

 

 

BIR CAVAB BURAXIN