“Normand dördlüyü” arasında razılıq əldə edəlməyib

0
897

11

Minskdə Donbasdakı böhranın nizamlanması ilə bağlı “Normand dördlüyü” formatında (Rusiya, Almaniya, Fransa və Ukrayna) nazirlər səviyyəsində keçirilən görüşdə heç bir irəliləyiş əldə olunmayıb.

Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

“Heç bir irəliləyişə nail olunmayıb. Lakin, liderlərin 19 oktyabr tarixli razılaşmalarının şübhə altına alınmaması artıq müsbət bir haldır. Bu, həmçinin, Minsk sazişlərinə və ötən ilin oktyabrında Parisdə qəbul olunan qərarlara da aiddir”, – deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, XİN rəhbərləri nazirliklər səviyyəsində və Donbas üzrə təmas qrupu çərçivəsində işin davam endirilməsinə dair razılığa gəliblər.

Publika.az

BIR CAVAB BURAXIN