MKİ-nin eks-şefi: “Putinin burnunu qırmaq lazım idi”

0
380

ABŞ hər şeyi Putinin burnundan gətirməli və Ukraynaya qarşıya aqressiyaya görə cavab istəməli idi.

Axar.az xəbər verir ki, bunu “Pbs.org” saytına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin eks-sədri Con Brennan söyləyib. Maraqlı məqam odur ki, Brennanın bu müsahibəsi iyulda alınsa da, görüntüləri indi yayılıb. Brennan müsahibədə Putini çox ağıllı şəxs adlandırıb:

“O, həqiqətən düşmənlərini dəyərləndirir. Onlar Ukraynaya girəndə o fikirləşirdi ki, əgər qətiyyətlə hərəkət etsə və böyük gücdən istifadə etsə, Qərbin hərbi cavabına məruz qalmayacaq. Mən hesab edirəm ki, o, Barak Obamanın hakimiyyətinin son dövrlərində olmasına ümid edirdi. Putin görürdü ki, Obama hərbi konflikt arzu etmir, əvəzində sanksiyalardan yararlanır. Fikrimcə, biz Ukraynada Putinin burnunu qırmalı idik. Rus liderin həm Ukrayna, həm də Suriyada əməliyyatlara başlaması ona hərbi cavabın verilməməsindən irəli gəlirdi”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 − two =