0
605

11

Bu gün Çempionlar Liqasında V tura start veriləcək. İlk gündə E, F, G və H qruplarında oyunlar baş tutacaq.

 

E qrupunda “Monako” – “Tottenhem” görüşünün nəticəsindən çox şey asılı olacaq. Knyazlıq klubu doğma azarkeşləri önündə məğlub olmasa, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirəcək. Londonluları isə Fransada yalnız 3 xal qane edir. Moskvada “Bayer”lə qarşılaşacaq MOİK-in də qələbə qazanmaqdan başqa yolu yoxdu.

 

F qrupunda Dortmund “Borussiya”sının evdə autsayder “Legiya”ya xal verməsi inandırıcı görünmür. Lissabonda “Sportinq”in qonağı olacaq “Real”a 1/8 finalçılar sırasına qoşulmaq üçün 1 xal da bəs edir. Hər hansı bir sürpriz baş verməsə, həm “Borussiya”, həm də “Real” son tur öncəsi minimum vəzifənin öhdəsindən gələcəklər.

 

G qrupunun məğlubedilməz lideri “Lester”in 1/8 finala vəsiqəni təmin etmək üçün autsayder “Brügge” ilə evdə heç-heçəsi kifayət edər. Danimarkada “Kopenhagen”in qonağı olacaq “Porto” da işi son tura saxlamamaq üçün qalib gəlməyə çalışacaq. Əks təqdirdə portuqaliyalıların vəziyyəti qəlizləşəcək.

 

Günün mərkəzi görüşü “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək. H qrupunda yer alan “Sevilya” ilə “Yuventus” qrup liderini müəyyən etmək üçün münasibətlərinə aydınlıq gətirəcəklər. Bu matçda “Sevilya”ya 1 xal bəs edirsə, “qoca sinyora” liderliyə yüksəlmək üçün mütləq qalib gəlməlidi. “Yuventus”un məğlubiyyətini arzulayacaq “Lion” isə şansını davam etdirmək üçün Zaqrebdə “Dinamo”ya eyni aqibəti yaşatmalıdır.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

 

22 noyabr

 

E qrupu

21:00. MOİK (Moskva, Rusiya) – “Bayer” (Almaniya)

23:45. “Monako” (Fransa) – “Tottenhem” (İngiltərə)

 

1. Monako 4 2 2 0 7-3 8
2. Bayer 4 1 3 0 4-3 6
3. Tottenhem 4 1 1 2 2-3 4
4. MOİK 4 0 2 2 3-7 2

 

F qrupu

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Legiya” (Polşa)

23:45. “Sportinq” (Portuqaliya) – “Real” (İspaniya)

 

1. Borussiya D. 4 3 1 0 11-3 10
2. Real 4 2 2 0 12-7 8
3. Sportinq 4 1 0 3 4-5 3
4. Legiya 4 0 1 3 4-16 1

 

G qrupu

23:45. “Lester” (İngiltərə) – “Brügge” (Belçika)

23:45. “Kopenhagen” (Danimarka) – “Porto” (Portuqaliya)

 

1. Lester 4 3 1 0 5-0 10
2. Porto 4 2 1 1 4-3 7
3. Kopenhagen 4 1 2 1 5-2 5
4. Brügge 4 0 0 4 1-10 0

 

H qrupu

23:45. “Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya)

23:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Lion” (Fransa)

 

1. Sevilya 4 3 1 0 6-0 10
2. Yuventus 4 2 2 0 6-1 8
3. Lion 4 1 1 2 4-3 4
4. Dinamo Z. 4 0 0 4 0-12 0

 

BIR CAVAB BURAXIN