ABŞ Dövlət Departamenti: Avropada terror aktlarının törədilməsi ehtimalı yüksəkdir

0
562

11

ABŞ Dövlət Departamenti terrorçuların Avropada yaxın gələcəkdə yeni terror aktları planlaşdırması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

 

Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

 

Dövlət Departamenti Avropa ölkələrində, xüsusi olaraq bayram günlərində terror aktlarının törədilməsi ehtimalının yüksək olduğunu bildirib.

 

“Əldə olan məlumata əsasən ehtimal edilir ki, İŞİD, “Əl-Qaidə” kimi terror təşkilatları yeni  terror aktları törətməyi planlaşdırmağa davam edirlər. Avropada terror aktlarının törədilməsi ehtimalı yüksəkdir”, məlumatda deyilir.

 

Dövlət Departamenti vətəndaşlarına insanların kütləvi toplaşdığı məkanlarda və ictimai nəqliyyatda ehtiyatlı olmaq tövsiyə edib.

BIR CAVAB BURAXIN