Zəfər qurultayı torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya azərbaycanlılarını bir araya toplayan ilk möhtəşəm toplantı oldu

0
1572

Zəfər qurultayı torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya azərbaycanlılarını bir araya toplayan ilk möhtəşəm toplantı oldu

 

Türk dünyasının mədəniyyət və incəsənət beşiyi, Azərbaycanın incisi Şuşa şəhərində 65 ölkədən gəlmiş 400 nümayəndənin iştirakı ilə keçirilən Zəfər Qurultayı mühüm bir dövrə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti bu ili “Şuşa ili” elan etmişdir. Bu o Şuşadır ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində igid oğullarımız Şuşanı erməni işğalından azad edərək şanlı tariximizə qələbə dastanı yazdılar. İndi azad Şuşada belə bir qurultayın keçirilməsi böyük rəmzi məna daşımaqla bərabər, ermənilərə və onun havadarlarına ciddi mesajdır. Dünyanın hər yerindən buraya toplaşmış nümayəndələr xalqımızın soykökünə, tarixinə, mədəniyyətinə və azadlıq eşqinə bağlılıqlarını ifadə etdilər. Bəzi yerlərdə beş, bəzi yerlərdə altı müdafiə xətti qurulmuşdu, istehkamlar qurulmuşdu, tikanlı məftillər, dəmir parçaları və sair. Bölgənin coğrafiyası çox əlverişsiz idi. Bütün bunlara baxmayaraq, az itki verməklə, Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə xalqımız tarixi missiyanı yerinə yetirdi.

Azərbaycan Ordusunun qələbəsini diplomatik qələbəyə çevirib. Bunun daimi və davamlı olması üçün hər bir azərbaycanlı Vətən müharibəsində sərgilədiyi birliyi və vəhdətin on qatını sərgiləməlidir. Biz bu yolda hər bir məsələdə olduğu kimi cənab Prezidentə dəstək olmalıyıq. Ölkə başçısı qurultayda çıxışı zamanı bir daha ermənilərə, revanşist dövlətə mesajlar ünvanladı.

Azərbaycan əsgəri qəhrəmanlığı, şücaəti ilə Şuşanı azad etdi. Prezidentimiz cənab  İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib.İndi şəhərin yaraları sağalır, ənənələri bərpa olunur. Artıq Şuşa şöhrətini bərpa edir.

İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər. Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar.

Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir. Eyni zamanda, 30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir.

Zəfər qurultayı torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya azərbaycanlılarını bir araya toplayan ilk möhtəşəm toplantı oldu.  Prezidentimizin  verdiyi tapşırıqların, tövsiyələrin yerinə yetirilməsi Azərbaycanı getdikcə qüdrətləndirəcək və dünyada nüfzunu daha da artıracaq.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi- Xanım İmanova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty − 3 =