Dünya Azərbaycanlılarının Qurultayını 50 milyon azərbaycanlının birliyi kimi xarakterizə etmək olar

0
1957

Dünya Azərbaycanlılarının Qurultayını 50 milyon azərbaycanlının birliyi kimi xarakterizə etmək olar

 

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi çox əlamətdar və əhəmiyyətli bir hadisədir. Bu qurultay birinci qurultaydan etibarən Ulu Öndər Heydər Əliyevin böyük təşəbbüsü ilə keçirilmişdir.44 günlük Vətən müharibəsindəki tarixi zəfərdən sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Tədbirdə dünyanın hər bir yerindən seçilmiş azərbaycanlılar iştirak edirlər. Həmin şəxslərin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük əməkləri  var.

Azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilir. Bu qurultay Zəfər Qurultayı adlanır. Çünki ilk dəfədir ki, bu tədbir işğaldan azad olunan torpağımızda, azad Şuşa şəhərində reallaşdırılır”.

Qurultayda ölkə Prezidenti cənab İlham Əliyev çox dərin məzmunlu bir nitq söyləyib.

Dövlət başçımız ona diqqəti cəlb edib ki, “hələ 2001-ci ildə ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib və bu qurultayda Ulu Öndər Heydər Əliyev böyük inam hissi ilə vurğulayıb ki, ərazi bütövlüyümüz mütləq bərpa olunacaq, mütləq torpaqlarımız işğaldan azad olunacaq. Bu gün isə, Ulu Öndərin davamçıları olaraq, biz torpaqlarımızı işğaldan azad etmişik, münaqişəyə son qoymuşuq, tarixi ədaləti və milli ləyaqəti bərpa etməyi bacarmışıq!

Bu gün Qarabağın incisi olan Şuşa şəhərində, bizim mədəniyyət paytaxtımızda Dünya Azərbaycanlılarının V Qurultayı keçrilir.”

Bu gün Prezidentimiz cənab  İlham Əliyevin uzaqgörən siyasəti, sarsılmaz iradəsi, müzəffər ordumuzun peşəkarlığı, şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Xüsusilə vətənpərvərlik ruhunda böyüyən, tarixi zəfərin əldə olunmasında misilsiz xidmətləri olan gəncliyimiz məhz müstəqillik dövründə yetişib. Bu gənclik müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb.

2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözləri Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacaqdır. Bu gün həm hərbi, həm də diplomatik sahədə qazandığımız şanlı qələbənin bünövrəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşdığı, onun yürütdüyü siyasətin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin öz qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirrmişdir.Dünya Azərbaycanlılarının Qurultayını 50 milyon azərbaycanlının birliyi kimi xarakterizə etmək olar. Prezidentimiz cənab  İlham Əliyev də çıxışında məhz bu məsələyə toxunaraq dünya azərbaycanlılarının ildə bir dəfə Vətənə gəlmələrini məsləhət gördü.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru- Könül Rəhimova

BIR CAVAB BURAXIN