Yerevanda KFC qutusunun üzərindəki “Bakı” sözü qalmaqala səbəb oldu

0
392
 

Yerevanda çəkilmiş bir fotoşəkil sosial şəbəkələrin erməni istifadəçiləri arasında dünən böyük qalmaqala səbəb olub.

Virtualaz.org xəbər verir ki, KFC fast-fud restoranının Yerevanda yerləşən mağazasında təqdim olunmuş paketin şəkli qalmaqalın əsas obyektinə çevrilib. Belə ki, həmin qutuların üzərində KFC restoranlar şəbəkəsinə aid maraqlı faktlar yerləşdirilir.

Şəkli təqdim olunmuş qutunun üzərində isə yazılıb ki, KFC şəbəkəsinin sahəsinə görə dünyada ən böyük restoranı Bakıda yerləşir.

Bunu görən erməni istifadəçilər restoranı boykot etməyə, bağlamağa səsləyiblər, bəziləri isə onun şüşələrini sındırmağa çağırıb. İş o yerə çatıb ki, KFC-nin Yerevan bölməsinin “Facebook”dakı rəsmi səhifəsi üzr istəməli olub.

“Biz də hesab edirik ki, bu yolverilməzdir və müştərilərimizdən üzr istəyirik. Günahkar qutuları Rusiyadan təchiz edən şirkətdir. Lakin sizin diqqətiniz sayəsində problem artıq həllini tapıb”, – KFC belə izahatla çıxış edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × 3 =