Türkiyədə kütləvi zəhərlənmə – 190 tələbə xəstəxanalıq oldu

0
545

Türkiyədə kütləvi zəhərlənmə

Türkiyədə Rəcəb Tayyib Ərdoğan Universitetində kütləvi zəhərlənmə halı qeydə alınıb.

Arazinfo “Qafqazinfo”-ya  istinadən xəbər verir ki, universitetin yataqxanasında qalan 46 tələbə axşam saatlarında mədə və ürək bulanması halı ilə xəstəxanaya yerləşdirilib.

Eyni anda başqa tələbələrdə xəstəxanaya müraciət etməyə başlayıb. Ümumilikdə 190 tələbənin vəziyyətinin pisləşdiyi bildirilir. Artıq onlara ilkin yardım göstərilib. Xəstəxanadan verilən açıqlamada, tələbələrin həyatları üçün heç bir təhlükənin olmadığı vurğulanıb.

İlkin ehtimala əsasən, zəhərlənməyə günortadan qalan qidanın axşam tələbələr verilməsi səbəb olduğu bildirilir.

BIR CAVAB BURAXIN