Yaponiyada zəlzələ nəticəsində həlak olanların sayı 16-ya çatıb

0
300

Yaponiyanın şimalındakı Hokkaydo adasında baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 16-ya çatıb, 26 nəfərin itkin düşdüyü bildirilir.

Bu barədə Baş nazir Şinzo Abe Nazirlər Kabinetinin sentyabrın 7-də səhər saatlarında keçirilən iclasında məlumat verib.

Xəbər verdiyimiz kimi, sentyabrın 6-da səhər saatlarında Hokkaydo adasının İbura rayonunda baş verən 6,7 bal gücündə zəlzələ geniş ərazidə dağıntılara səbəb olub. Yeraltı təkanların ocağı 37 kilometr dərinlikdə yerləşib.

Dağıntıların daha çox baş verdiyi Atsuma qəsəbəsində axtarış-xilasetmə işləri bütün gecə davam etdirilib.

Adaya elektrik enerjisinin verilişi, demək olar ki, bütünlüklə kəsilib. Üç milyona yaxın ev təsərrüfatı elektrik enerjisiz qalıb. Sentyabrın 7-də səhər bu evlərdən 964 mininə enerji verilişi bərpa edilib. Elektrik enerjisinin tam verilişi üçün bir həftə vaxt lazım olduğu bildirilir.

Zəlzələ nəticəsində ciddi ziyan dəymiş “Titoşe” aeroportunun işi hələ də bərpa edilməyib. Həmin aeroportda bu günə təyin edilmiş bütün reyslər ləğv olunub. AzərTac

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × four =