Paşinyanı Moskvada yeni “dar ağacı” gözləyir

0
607

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya sabaha planlaşdırılan səfəri öncəsi daha bir şok yaşayıb. Rusiya Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın vəzifələrindən uzaqlaşdırılmasını tələb edir.

“Baş nazir Nikol Paşinyanın həyata keçirdiyi kadr siyasəti ciddi problemlə üzləşib. Ermənistanda hakimiyyətdə təmsil olunan bəzi məmurlar Rusiya üçün qəbuledilməzdir. Onlar uzun illər boyu Rusiyaya, onun hakim elitasının ünvanına təhqiredici çıxışlar edənlərdir. Belə əsas fiqurlardan biri Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, o biri isə Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryandır. Rusiya onların hakimiyyətdə təmsil olunmalarını arzu etmir və bu şəxslərin vəzifədən uzaqlaşdırılmasını açıq şəkildə rəsmi İrəvana bildirib. Rusiya həmin şəxslərə etibar etmədiyini də Ermənistanın hökumət başçısının diqqətinə çatdırıb. Rusiya həmin şəxslərin iki dövlətin maraqlarına zərər vuracağını vurğulayır. Moskva qorxur ki, hərbi-siyasi xarakterli sənədlər belə məmurların vasitəsilə ABŞ-ın əlinə keçə bilər” deyə, “Joxovurd” qəzeti yazıb. (“Report”).

 

Rəsmi İrəvan bu iddia barədə susur, aydındır ki, Kreml də bu cür xəbərləri şərh etməkdə maraqlı deyil. Amma Paşinyan “ağıllanmadıqca” Rusiya ona yerini göstərməyə çalışacaq. Təsadüfi deyil ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, Ermənistan tərəfinə  çoxlu sualları var. “Rusiya tərəfi Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən açıq və ciddi söhbət gözləyir” deyə, Uşakov bildirib. Qeyd olunur ki, Putin və Paşinyan Rusiya ilə Ermənistan arasında müttəfiq münasibətlərinin əsas məsələlərini müzakirə etmək niyyətindədirlər.

Ermənistan mətbuatı daha sonra yazır ki, Nikol Paşinyanı Moskvada çətin görüş gözləyir, çünki Moskva mahiyyətcə ondan Ermənistanın Rusiyadan asılılığının əsaslarının toxunulmazlığını, başqa sözlə, keçmişdə edilən və kriminal oliqarxiyanı – Rusiyanın Ermənistandakı siyasətinin iki onillik ərzində söykəndiyi seqmenti institusional müstəvidə dağıdacaq cinayətlərin təhqiqatının durdurulmasını tələb edir. Erməni mediası yazır ki, İrəvanda  və Moskvada artıq açıq mətnlə münasibətlərdə böhrandan danışırlar.

Картинки по запросу Nikol Paşinyan

“Yeni Müsavat” xəbər verir ki, “EurAsia Daily” nəşri isə sentyabrın 6-dakı redaksiya məqaləsində “Paşinyana üçüncü görüş ərəfəsi üç məsləhət” sərlövhəli məqalə dərc edib.

Məqalədə Ermənistanın indiki rəhbərliyinə Dağlıq Qarabağ problemi ilə bağlı incə mesajlar çatdırılıb. Bildirilir ki, yeni rəhbərlik addımlarında Ermənistanın əsas strateji məsələlərindən biri olan Dağlıq Qarabağın taleyini düşünməlidir. Bu mesaj  “Rusiya günlərin birində Ermənistandan dəstəyini çəksə, nə ola bilər” kimi başa düşməlidir. Çünki məqalədə cəbhə bölgəsində həssaslığa da eyhamlar var ki, bu da İrəvana xəbərdarlıqdır.

Paşinyana ikinci mühüm mesaj isə tarixən Ermənistanın Rusiya ilə strateji müttəfiq olması barədədir. Bildirilir ki, yeni hakimiyyətin bu müttəfiqlikdən siyasi sapmaları onların özünə ziyan edə bilər. Maraqlıdır ki, Rusiyadan siyasi sapmalardan sonra yazıda  ABŞ-ın Ermənistandakı səfiri Riçard Milsin fəallaşması xüsusi qeyd edilir.

Картинки по запросу Riçard Mils

Riçard Milsin Ermənistan rəhbərliyinin az qala məsləhətçisinə çevrildiyi vurğulanır. “ABŞ səfiri daha irəli gedərək tövsiyə edir ki, erməni iş adamları İran tərəfdaşları ilə işgüzar münasibətlər qurmazdan əvvəl onun rəhbərlik etdiyi səfirliyə müraciət etsinlər”. Aydındır ki, ABŞ səfirinin yazıda “yeni Ermənistan” kimi adlandırılan hökumətinə yaxınlığı Kremli çox qəzəbləndirib. Çünki daha sonra Paşinyana aşkar xəbərdarlıq gəlir: “Paşinyana Rusiya paytaxtına çox əhəmiyyətli səfərindən əvvəl üçüncü məsləhət: Qərbə kor-koranə inanmağı düşünmə və ona güvənmə” deyə, məqalədə bildirilir.

Redaksiya yazısında “Joxovurd” qəzetinin anti-Kreml kadrların  qovulması tələbini təsdiq edən bəzi nüanslar da diqqət çəkilir. Qeyd olunur ki, Paşinyan çox həssas dönəmdə həm dövlət aparatında, həm xarici siyasət məsələlərini həll edən kadrların seçilməsində diqqətli olmalıdır.  

Beləliklə, Rusiya prezidenti ilə qeyri-rəsmi sabahkı görüşdə Paşinyandan Kremlin tələblərinin nə ola biləcəyini belə ümumiləşdirmək olar.

Картинки по запросу Kreml

Əvvəla, Putin bir daha erməni baş nazirdən Rusiya ilə münasibətlərdə açıq və səmimi olmasını tələb edəcək. Kreml və xüsusilə onun odioz rəhbəri bu kimi “oyunları” sevmir və cavabı ağır olur. İkincisi, Rusiya prezidenti Paşinyanı Qərbdən uzaq durmağa çağıracaq, ABŞ səfiri və ermənilər üçün çox həssas olan Dağlıq Qarabağ məsələsində bir daha uyaracaq. Nəhayət, Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağla bağlı mövqeyini bir daha dəqiqləşdirəcək.

Bəzi yerli ekspertlərin gözləntilərinə görə, Putin-Paşinyan görüşü razılaşmalar və ya əksinə olarsa, bu, Qarabağın və Paşinyanın taleyində həlledici dəyişikliklərə səbəb ola bilər. Bir şey dəqiqdir ki, Ermənistan “dar ağacına” doğru gedir, Putin isə belə məsələlərdə “ayağından asmağı” daha üstün tutur…

“Yeni Müsavat”

BIR CAVAB BURAXIN