Son 3 gündür Abşeron rayonu, Xırdalan şəhərində təbii qazın verilməməsi ailələrdə əməlli-başlı problemlər yaradıb.
Bu barədə Modern.az-a Xırdalan sakinləri məlumat verib.
Onlar bildirib ki, soyuq havalarda, heç bir səbəb gətirmədən qazın kəsilməsi başadüşülən deyil və bundan əziyyət çəkirlər. Belə ki, evlərində uşaqları, xəstəsi olanların vəziyyəti daha kritikdir.
Sakinlər deyir ki, artıq bir çoxu xəstəxana qapılarında qalıb və səhhətlərində yaranan problemlərə çarə tapmaq istəyirlər.
Xırdalan sakinlərinin sözlərinə görə, problemlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, hələ ki, lazımi tədbirlər görülməyib.
Modern.az