Hikmət Cavadovun teatr bəhanəsi ilə müharibə bölgəsindən qaçdığı ehtimal edilir

0
223

Rusiyanın Ukraynaya qarşı təcavüzə başlamasından sonra orada yaşayan on minlərlə soydaşımızın taleyi Azərbaycanda narahatlıqla qarşılandı. Ukrayna ilə isti münasibətlərə malik olan Azərbaycan bizə dost olan, həm də təxminən 500 min nəfərdən artıq soydaşımızın yaşadığı ölkənin ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə rəsmi şəkildə bəyan edib. Bu baxımdan müharibə gedən ölkədə yaşayan soydaşlarımızın da böyük əksəriyyətinin Ukraynanın müstəqilliyi uğrunda mübarizəyə qoşulacağı və bu işdə adıçəkilən ölkədəki diasporumuzun (UABD) önəmli rol oynayacağnı düşünmək olardı. Lakin hadisələrin gedişi göstərir ki, bu heç də belə deyil. Belə ki, Kiyevdən redaksiyamıza telefon zəngi vasitəsi ilə edilən şikayətdə Əli Hüseynov diasporumuzun (UABD) fəaliyyətindən narazılığını bildirmişdir. Xatırladaq ki, Əli Hüseynov 11 ildən artıqdır ki, Kiyev şəhərində bizneslə məşğul olur. O, şikayətində bildirir ki, uzun illərdir Kiyev şəhərində işləməsinə baxmayaraq bir dəfə də olsun orada fəaliyyət göstərən diasporluqdan (UABD) kiminsə onların problemləri və yaxud hansısa təşkilati məsələlərlə bağlı maraqlandıqlarını görməyib. Xüsusi ilə son günlər məlum hərbi vəziyyətlə əlaqədar orada yaşayan azərbaycanlıların hansısa siyahıya alınma, humanitar yardım, təxliyə məsələləri və yaxud digər problemlərlə bağlı diasporluğumuz (UABD) tərəfindən hansısa bir addımın atıldığını görmədiyini söyləyir. Ümuniyyətlə sanki diasporluğumuz bu ölkədə fəaliyyətini dayandırmışdır. Bu çətin günlərdə, əvvəlki illərdə olduğu kimi bizə kömək edən yeganə şəxs Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin olmuşdur. Biz onun qayğısını hər an hiss edirik. Maliyyə çətinliklərimizi, soydaşlarımızın təxliyəsini, vəziyyətlə əlaqədar yaranmış ərzaq təminatımızı Krapivin şəxsən həll edir.

Əlbəttə, Ukraynada Azərbaycan diasporu rəsmi şəkildə on illərdir fəaliyyət göstərir və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) adlanan quruma Hikmət Cavadov rəhbərlik edir. Mətbuatda gedən məlumatlara görə, Hikmət Cavadov Ukraynada müharibə başlayan kimi orada yaşayan soydaşlarımızı taleyin hökmünə buraxaraq Azərbaycana gəlib. Hikmət Cavadovun əslində yeri Kiyev idi və oradakı soydaşlarımızın təxliyəsini həyata keçirməli, problemlərini həll etmək üçün orada olmalı idi. Hazırda Hikmət Cavadovun Bakıdakı fəaliyyət isə Ukrayna səfirliyinə dəstək aksiyası keçirməkdən ibarətdir. Bakıda Ukraynaya dəstək aksiyası keçirməklə oradakı soydaşlarımızın problemlərininin həllinə necə kömək etmək olar? Bunu isə başa düşmək, anlamaq, bu suala cavab tapmaq bizim üçün olduqca çətindir. Həm redaksiyamıza edilən şikayətlə, həm də digər məsələlərlə bağlı bizi maraqlandıran suallara cavab almaq üçün Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadova müraciət etdik. Bəri başdan deyək ki, Hikmət Cavadovun Bakı nömrəsi olan telefona zəng çatmadı: Telefonun söndürldüyü və ya əhatə dairəsindən kənarda olduğu bildirildi. Əlacsız qalıb diaspor sədrinin Ukrayna nömrəsinə zəng etməli olduq. Hikmət Cavadov telefonu özü götürdü və məqsədimizi söylədik. Bildirdik ki, Ukraynadakı soydaşlarımız onun rəhbərlik etdiyi diaspor qurumunun fəaliyyətindən narazıdırlar və şikayət edirlər. UABR sədri isə cavabında bildirdi ki, Ukraynada 500 min nəfərdən artıq azərbaycanlı yaşayır və onlar adı çəkilən ölkənin hər yerinə səpələniblər. Onların çoxu diasporda qeydiyyata düşməyiblər və sayları dəqiqləşdirilməyib. Hazırda müharibə gedən ölkədə yaşayan soydaşlarımızın hamısı ilə əlaqə saxlamaq, qurumumuz vasitəsi ilə döyüş gedən zonalarda onların problemlərini həll etmək çətindir. Onlara müxtəlif vasitələrlə bacardığımız köməyi göstəririk. Döyüş bölgələrində olanların çoxu öz imkanları vasitəsi ilə oranı tərk etməyə çalışır. Bəziləri isə Ukraynada müharibə olmayan şəhərlərə gedir. Onların hamısının qeydiyyatını isə nəinki biz heç Ukrayna dövləti də apara bilmir.

UABD sədri həmçinin bildirdi k, Kiyevdə və ölkənin vilayət mərkəzlərində, iri şəhərlərdə rəhbərlik etdiyi qurumun qərargahları fəaliyyət göstərir və onlar müraciət edən soydaşlarımıza gücləri çatdıqları qədər yardımlar edirlər. Onun sözlərinə görə bombalanan şəhərlərdə isə bu fəaliyyəti həyata keçirmək olduqca çətindir. Hikmət Cavadov qeyd etdi ki, müharibə başlayan gündən fevralın 24-dən Ukrayna azərbaycanlıları radasında, səfirliklərdə, konsulluqlarda, yerli qurumlarımızda qaynar xətlər fəaliyyət göstərir. Komitə sədri hazırda Bakıda olduğunu və Qara kvadrat teatr qrupunu Xocalı soyqırımın 30 illiyi ilə bağlı Azərbaycana gətirdiyini bildirdi. Onun sözlərinə görə, hava məkanı bağlandığından teatr qrupu geriyə Ukraynaya qayıda bilmir. Hikmət Cavadovdan Ukraynada fəaliyyət göstərən UABD-ın qaynar xətt telefonun aldıq. Zəngimizə cavab verən Kamran Həmzəyev hazırda təxliyə ilə məşğul olduğunu və suallarımıza cavab verə bilməyəcəyini söylədi. O bildirdi ki, qaynar xətt olan telefon onun üzərindədir. Ancaq suallarımıza cavab verə bilmədiyi üçün bizə daha ətraflı məlumat almaq üçün başqa bir telefon nömrəsi verəcəyini söylədi, amma vermədi…

1.Umumiyyətlə qaynar xətt nəyə görə kiminsə üzərində daşınmalıdır?

2.Müharibə ərəfəsində oradakı vəziyyəti nəzərə alaraq Qara kvadrat teatr qruppasının Azərbaycana gətirilməsi təxirə salına bilməzdimi?

3.Ukraynadakı soydaşlarımızın müharibə gedən ölkədə daha çox UABD-nin yardımına ehtiyacı olduğu halda onun rəhbəri Hikmət Cavadovun Qara kvadrat teatr qrupu ilə ölkəmizə gəlməsi nə qədər məqsədə uyğun idi?

P.S. Bu suallara cavab tapmaq çətindir. Ancaq ortada olan reallıq Hikmət Cavadovun bəhanə ilə müharibə bölgəsindən qaçdığını ehtimal etməyə imkan verir. Qara kvadrat teatr qrupuna gəlincə onun Xocalı soyqırımı ilə hansı əlaqəsi ola biləcəyini söyləmək çətindir. Çünki bu teatr qrupu tamaşalardakı erotik səhnələri ilə tanınır. Dediklərimizi sübut etmək üçün, etikanı nəzərə alaraq, Qara kvadrat teatr qrupu ilə bağlı tamaşaların adlarını və erotik səhnələri əks etdirən fotoların çox az bir hissəsini sizə təqdim edirik:

 

Digə

BIR CAVAB BURAXIN